“Bu, silahlı konfliktin Azərbaycana “idxalıdır”- Xarici nəşr xəbərdarlıq edir
Bizi izləyin

Nida.az

“Bu, silahlı konfliktin Azərbaycana “idxalıdır”- Xarici nəşr xəbərdarlıq edir

“Bu, silahlı konfliktin Azərbaycana “idxalıdır”- Xarici nəşr xəbərdarlıq edir


Ötən aya olan informasiyaya görə Suriyada 27 azərbaycanlı öldürülüb. Radikal islam saytlarının məlumatlarında isə deyilir ki, ötən il 100 azərbaycanlı Əsədə qarşı vuruşda öldürülüb. Suriyada döyüşən azərbaycanlıların hərbi hazırlıq keçməsi və oradakı ideologiya ilə evə- Azərbaycana qayıtması bu ölkə üçün yetərincə təhlükə yaradır. Bu, faktiki olaraq silahlı konfliktin Azərbaycana idxalıdır.

Publika.Az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavismaya qazeta” nəşri yazıb.Nəşr qeyd edir ki, yanvarın 30-da “War & Peace Reporting” beynəlxalq institutu Suriyada döyüşən azərbaycanlılarla bağlı xüsusi hesabat dərc etdi. Hesabatda bildirilir ki, Əsədə qarşı vuruşan azərbaycanlılar “Cəbhət-ul--Nusra” və Ceyş-al-Muhacirin Və-l-Ənsara” qruplaşmalarına daxildirlər. Sonuncu qruplaşma azərbaycanlılardan ibarətdir və bunun tərkibində Azərbaycan könüllülərə al-Azəri Abu-Yəhya adlı şəxs komandirlik edir. Azərbaycan döyüşçüləri əsasən Hələb və İdlib şəhərlərində yerləşiblər, çünki burda dil və adət baxımından onlara daha yaxın olan türkmənlər yaşayırlar. Həmçinin, bu şəhərlər Türkiyə ilə sərhəddə yaxındırlar.

“Biz sələfiyik, vəhhabi deyil. Radikallar əsasən Sumqayıt ərazisində toplaşıblar. Onlar hesab edir ki, onlardan deyilsənsə müsəlman deyilsən. Deməli, səni öldürmək halaldır. İslam radikallarının nümayəndələri xaricdə, həmçinin Suriyada vuruşurlar. Oradan ölkəyə qayıdıb öz ideyalarını yaymağa başlayırlar ki, bu da təhlükəlidir”-deyə nəşr “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanovun fikirlərinə yer verir. Daha sonra ötən ilin 11 dekabr tarixində Sumqayıtdakı atışmanı xatırladır.

İddia olunur ki, problem həm də yerli sünnilərlə şiələr arasında yaranır. Bu yaxınlarda “İndependent” nəşri qeyd edirdi ki, yan-yana məscidlərdə ayrı-ayrı namazlar qılırlar. Suriya müharibəsi başlayandan sonra orda sünni liderlərin şiələrlə vuruşmağı məqbul göstərdikdən sonra bu düşmənçilik Xəzərin sahillərində də alovlandı. 2013-cü ilin noyabrında xüsusi xidmət orqanları şiə məscidi olan “Məşədi Dadaş”da terror aktının qarşısını aldı. Şiələr ora məscidin imamı Hacı Şahin Həsənlinin xütbələrini dinləmək üçün toplanırlar. 3 ekstremist, məsciddə terror törərmək və Hacı Şahini öldürmək istəyib.

2013-cü ilin 26 oktyabrında terrorçulardan birinin istifadə etdiyi Farman Çetin adlı “Feysbuk” profili Suriyanın Azərbaycanda da təkrarlanacağı hədələrini etdi. “Əmir Farman Çetin” hazırda Azərbaycanın şimalında Qusar rayonundakı meşələrdə gizlənir, ətrafı minalanmış baza yaradıb. O, Suriyadakı qələbəni gözləyir”-deyə həmin profildə yazılmışdı.

Qeyd edək ki, 2008-ci ilin 29 avqustunda polis məhz Qusarın meşələrində qərargah yaradan “Meşə qardaşları” qruplaşmasına qarşı xüsusi əməliyyat keçirdib. Onlardan 3 öldürülüb, qruplaşma zərərsizləşdirilib. Bu qruplaşmanın həmin ilin avqustun 17-də “Əbu-Bəkr” məscidinə qarşı terror törətdiyini deyilirdi.

“Cihadçılar” Azərbaycanda özlərinə düşmən kimi təkcə şiələri deyil, mövcud hakimiyyəti də görürlər. Yanvarın 28-də də internetdə “Meşə qardaşları” adından hakimiyyəti hədələyən bəyanat yayıldı. Bəyanatda bildirilirdi ki, müsəlmanlar Azərbaycanın indiki hakimiyyətinə qarşı cihada başlayacaq. Bu bəyanat xüsusi xidmət orqanlarında narahatçılıq yaratdı. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məşvərət Şurası bununla bağlı konfrans keçirtdi və xaricdə döyüşən Azərbaycan vətəndaşları ilə bağlı fətva qəbul etdi. Həmin toplantıda “Ləzgi” və Aşurbəy məscidlərinin adları vətəndaşları Suriyaya göndərmək və radikallığı təbliğ etmək fəaliyyətlərində hallandı. (Qeyd edək ki, Aşurbəy məscidi artıq bağlanıb-red).

Nəşr əlavə edir ki, əvvəlcə bəzi sələfilər Suriyada döyüşmək üçün türkiyə vasitəsilə gedirdi. Çünki Türkiyə vasitəsilə getmək asandır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm