Davudoğlu Prezident İlham Əliyevi təbrik edib
Bizi izləyin

Nida.az

Davudoğlu Prezident İlham Əliyevi təbrik edib

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: Hörmətli cənab Prezıdent, əziz qardaşım! Qardaş Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi Hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Uzaqgörən və qətiyyətli rəhbərliyiniz altında dost və qardaş Azərbaycanın gələcəyə inamla baxan güclü və rifah içində olan ölkəyə çevrildiyini müşahidə edir, artan iqtisadi və siyasi gücü ilə Qafqazın parlaq ulduzu olmasından böyük məmnunluq duyuruq.

Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin günbəgün gücləndiyinə qürur hissi ilə şahid oluruq. Strateji müttəfiqlik çərçivəsində inkişaf edən əməkdaşlığımız bizi bir-birinə bağlayan qardaşlıq tellərini möhkəmləndirir, ikitərəfli əlaqələrimizlə yanaşı, bölgədə rifah və stabilliyə də töhfəsini verir.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, xoşbəxtlik, uzun ömür, dost və qardaş Azərbaycan xalqına isə daha firavan həyat arzu edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm