Ərdoğan: “TANAP bütün region və Avropa üçün əhəmiyyətlidir”
Bizi izləyin

Nida.az

Ərdoğan: “TANAP bütün region və Avropa üçün əhəmiyyətlidir”

“TANAP layihəsi yalnız Türkiyə üçün deyil, bütün region və Avropa üçün əhəmiyyətlidir”.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


Onun sözlərinə görə, Türkiyə gələcəkdə energetika layihələrini inkişaf etdirəcək.


Türkiyə Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb.


“Bu layihənin təməlini ötən il Bakıda atdıq. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi baxımından önəmlidir”, - deyə o vurğulayıb.


R. T. Ərdoğan Bakı – Tiflis – Ceyhan və Bakı – Tiflis – Ərzurum layihələrini də yüksək dəyərləndirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm