Ədliyyə Nazirliyi Qubad İbadoğluna yox dedi
Bizi izləyin

Nida.az

Ədliyyə Nazirliyi Qubad İbadoğluna yox dedi

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb.

Publika.az xəbər verir ki, bu barədə Qubad İbadoğlunun özü bildirib.

Onun sözlərinə görə, ADR hərəkatının dövlət qeydiyyatı ilə bağlı sənədlərini “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun surətdə hazırlanaraq Ədliyyə Nazırliyinə təqdim edilib.

Ədliyyə Nazirliyi ADR Hərəkatını qeydiyyata almaqdan imtina edib və bəzi texniki iradlarla sənədləri geri qaytarıb. Həmin iradlar nəzərə alınmaqla ADR Hərəkatının sənədlərini yaxın günlərdə yenidən qeydiyyata təqdim edəcək. Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının yaradılması haqqında 2014-cü il dekabrın 4-də bəyannamə yayıb. 2015-ci il fevralın 21-də təsis konfransı keçirilib.

Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm