• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident İlham Əliyev Andjey Dudanı təbrik etdi

  • Nida.az
  • 26 May 2015 14:43
  • 335 Baxış
Prezident İlham Əliyev Andjey Dudanı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın yeni seçilmiş Prezidenti Andjey Dudanı təbrik edib.

Təbrikdə deyilir:

Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Polşa arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR