Nevroloji xəstələrlə bağlı xüsusi proqram hazırlana bilər
Bizi izləyin

Nida.az

Nevroloji xəstələrlə bağlı xüsusi proqram hazırlana bilər

Nevroloji xəstələrlə bağlı xüsusi proqram hazırlana bilər

Millət vəkili Qənirə Paşayeva parlamentdə Ombudsmanın psixonevroloji müəsisələr və psixiatriya xəstəxanaları ilə bağlı təkliflərini dəstəkləyib və bu sahəyə xüsusi diqqət ayrılmalıdır deyib. Qənirə Paşayeva bildirib ki, psixiatriya xəstəxanalarında(ruhi-əsəb dispanserlərində) tibb personalına verilən əmək haqqının məbləğinin az olması tibbi yardımın səviyyəsinə mənfi təsirini göstərir.

Bu müəsisələrdə işin daha çətin olduğunu deyən Q. Paşayeva həkimlərin hər birinə düşən xəstələrin sayınının həddən artıq olmasının, orta tibb personalının və sanitarların çatışmazlığının bu sahədə tibbi yardımın səviyyəsinin azalmasına da öz təsirini göstərməsi və bir sıra öz həllini gözləyən problemlərlə bağlı Ombudsman Elmira Süleymanovanın hesabatında səslənən fikirlərə toxunub. Millət vəkili deyib ki, ombudsmanın ruhi-əsəb xəstəxanalarındakı vəziyyətin müstəqil qaydada dərindən öyrənilməsinin və ehtiyacı olanlara psixiatriya yardımı üzrə təxirəsalınmaz tədbirlərin dövlət proqramı şəklində hazırlanaraq həyata keçirilməsi, habelə respublika üzrə bütün psixonevroloji mərkəzlərin Səhiyyə Nazirliyinin birbaşa tabeliyinə verilməsi, bu sahədə ixtisaslaşmış kadrlara daha böyük diqqət göstərilməsi ilə bağlı təkliflərini dəstəkləyir. Çünki ancaq bu halda bu istiqamətdə əsaslı dönüş yaratmaq mümkündür.

Onun fikrincə, bəzi psixonevroloji müəsisələrdə psixoloqların, habelə psixoterapevtlərin, hüquqşünasların, sosial işçilərin çatışmaması, əmək reabilitasiya tədbirlərindən istifadə edilməməsi həmin xəstələrin bərpa olunmasında və cəmiyyətə inteqrasiyasında bəzi problemlər yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm