“The Washington Post”: “Rusiya Azərbaycanda Ukrayna ssenarisini tətbiq edə bilər”
Bizi izləyin

Nida.az

“The Washington Post”: “Rusiya Azərbaycanda Ukrayna ssenarisini tətbiq edə bilər”

“Avropa indi Rusiyaya doğru barmaqlarının ucunda gedir. Çünki onlar Kremlin Ukrayna ssenarisinin “Şərq tərəfdaşlığı” ölkələrində - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Belarusda təkrarlanacağından qorxurlar”.


Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.


Nəşr qeyd edir ki, Vilnüsdə keçirilən sammitdə aparılan danışıqlar Rusiyanın kəskin reaksiyasına səbəb oldu və Ukrayna böhranı doğuldu: “Məhz buna görə Avropa Riqada ehtiyatla davrandı, öz qonşularını tanıdı, lakin onlara konkret təkliflər vermədi. Avropanın ehtiyatlılığı Rusiyaya qələbə gətirir. 2008-ci ildə Avropa Birliyi Gürcüstanla maksimum yaxınlıq yolunu seçəndə Rusiya müharibə etdi. Hazırda Brüssel Tiflisi yanına çəkməkdə israrlıdır, lakin bunu daha ehtiyatla edir, daha çox dəhlizlərdə müzakirələr aparılır. Gürcüstan və Ukraynadan başqa, Azərbaycan, Ermənistan, Belarus və Moldova Brüsselin maraq dairəsindədir. Moldova daha açıq şəkildə Avropaya inteqrasiya edir, vizasız rejimin tətbiqi istiqamətində addımlar atırlar. Lakin Moldovanın keçmiş sovet cənabına sədaqətinin qismən saxlanması üçün Rusiya öz təsir imkanlarından yararlanır”.


Avropa Birliyinin adının çəkilməsini istəməyən diplomatı nəşrə bildirib ki, Brüssel bu gün gördüklərindən fövqəladə səviyyədə məyus olub.


“Xüsusilə 2013-cü il sammitindən sonra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç sazişi imzalamaqdan imtina edəndən sonra bu məyusluq və narahatlıq artdı”, - deyə Brüsselin diplomatı qeyd edib.


“European Council on Foreign Relations”in eksperti Kadri Liik bildirib ki, “Şərq tərəfdaşlığı” proqramının partnyor ölkələri ilə Brüsselin danışıqlarında Rusiya indi daha çox nəzərə çarpır: “Rusiyanın partnyor ölkələrə qarşı əlində rıçaqlar var və biz bunu diqqətdən yayındırmamalıyıq”.


“The Washington Post” yazır ki, hazırda partnyor ölkələrində ciddi ehtiyatlılıq var: “Misal üçün, Gürcüstan vətəndaşları əvvəlki kimi Avropa Birliyi və NATO-ya girişi dəstəkləyirlər. Lakin ictimai rəy sorğuları göstərir ki, Rusiya ilə sıx əlaqələri dəstəkləyən azlıq getdikcə çoxalır. Analitiklərin fikrincə, partnyor ölkələr Avropa institutları ilə əlaqələrin konkret üstünlüklərini praktiki olaraq görmürlər. Əksinə, Avropa Birliyinə yaxınlaşdıqca, Rusiyanın təzyiqi daha da artır”.


Nəşr qeyd edir ki, Brüsselin özü də Moskvanın Ukrayna ssenarisini partnyor ölkələrdə tətbiq edəcəyindən çəkinir: “Bu ehtimal Moldova və Gürcüstan da daha çoxdur. Hansı ki, bu ölkələr məhz separatçılıqdan əziyyət çəkir. Bunlara nisbətən Azərbaycanda az ehtimal olunur. Amma Belarus və Ermənistanla müqayisədə Azərbaycandakı ehtimal daha yüksəkdir. Bu ölkə də vaxtilə separatizmə məruz qalıb və hələ də davam edir. Ermənistan və Belarus isə hazırda Avrasiya İttifaqının üzvü kimi rəsmi şəkildə Rusiyanın yanındadır”, - deyə məqalədə bildirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm