Xarici münaqişə zonalarında həlak olanları sayı açıqlandı - Rəsmi statistika
Bizi izləyin

Nida.az

Xarici münaqişə zonalarında həlak olanları sayı açıqlandı - Rəsmi statistika

Xarici münaqişə zonalarında həlak olanları sayı açıqlandı - Rəsmi statistika

2013-cü ildə Dövlət Sərhədi Xidməti (DSX) tərəfindən dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində xarici xüsusi xidmət orqanları iş əlaqədə şübhəli bilinən 7 nəfər Azərbaycan vətəndaşı və 4 nəfər xarici ölkə vətəndaşı barədə müvafıq tədbirlər görülüb, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 47 nəfər şəxs müəyyənləşdirilib, onlardan 11 nəfərinin həlak olması barədə məlumat əldə edilib, 7 nəfəri isə saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, Rusiya-Azərbaycan dövlət sərhədini pozmaqla "cihad" pərdəsi altında Suriyaya döyüşməyə gedən 4 nəfər Rusiya Federasiyası vətəndaşı tutulub, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, о cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 cinayətkar dəstə zərərsizləşdirilib.

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 515 nəfər sərhəd pozucusu tutulub (o cümlədən sərhəd nəzarət məntəqələrində saxta sənədlə 339 nəfər, özgəsinə məxsus sənədlə 30 nəfər və gizli şəkildə 12 nəfər) və qaçaqmalçılıq predmeti kimi tutulmuş əşyalar, pul, qiymətli kağızlar və zinət əşyaları, mal-qara, narkotik vasitələr, azad dövriyyəsi qadağan edilmiş digər predmetlərin təqribi məbləği 4 milyon 662 min manat dəyərində qiymətləndirilib (yaşıl sərhəddə 1 milyon 313 min manat, SNM-lərində gömrük orqanları ilə birgə 3 milyon 264 min manat, dənizdə 85 min manat).

Sərhəd pozucularının saxlanılan istiqamətlərə görə müqayisəli təhlili göstərir ki, tutulan sərhəd pozucularının 43,3 faizi hava limanlarında, 22,9 faizi Rusiya Federasiyası ilə dövlət sərhədində, 19,8 faizi İran İslam Respublikası ilə dövlət sərhədində, 12 faizi Gürcüstan Respublikası ilə dövlət sərhədində və 1,9 faizi dəniz sərhədində saxlanılıb.

Tutulan sərhəd pozucularının 46 faizi (237 nəfər) Azərbaycan, 16,5 faizi (85 nəfər) Özbəkistan, 8,2 faizi (42 nəfər) İran İslam Respublikası, 4,7 faizi (24 nəfər) Moldova, 4,9 faizi (25 nəfər) Gürcüstan, 3,9 faizi (20 nəfər) Əfqanıstan, 3,5 faizi (18 nəfər) Nigeriya, 2,7 faizi (14 nəfər Rusiya Federasiyası), 2,4 faizi (12 nəfər) Türkiyə, 2,1 faizi (11 nəfər) Tacikistan, 1,4 faizi (7 nəfər) Qırğızıstan, 0,6 faizi (3 nəfər) Suriya, 0,6 faizi (3 nəfər) Qazaxıstan, 0,6 faizi (3 nəfər) Türkmənistan, 0,4 faizi (2 nəfər) Malayziya, 0,4 faizi (2 nəfər) Pakistan, 0,4 faizi (2 nəfər) İsrail, 0,2 faizi (1 nəfər) Böyük Britaniya, 0,2 faizi (1 nəfər) Konqo, 0,2 faizi (1 nəfər) Şri-Lanka, 0,2 faizi (1 nəfər) Portuqaliya və 0,2 faizi (1 nəfər) Mali vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozduğu üçün 18152 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm