“I Avropa Oyunları Azərbaycanın dünyada təqdimatıdır”
Bizi izləyin

Nida.az

“I Avropa Oyunları Azərbaycanın dünyada təqdimatıdır”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana verilən yüksək qiymətin göstəricisidir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Leyla Abdullayeva deyib.


Onun sözlərinə görə, bu oyunlar bütövlükdə Azərbaycan dövlətinin bir təqdimatıdır: “Çünki belə beynəlxalq və nüfuzlu idman yarışına ev sahibliyi etmək hər ölkəyə nəsib olmur. Beynəlxalq toplantılara, konfranslara ev sahibliyi edən Azərbaycan 44 gündən sonra bir daha dünyanın diqqət mərkəzinə çevriləcək və möhtəşəm idman bayramı tariximizə qızıl hərflərlə yazılacaq. I Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyi heç kimdə şübhə doğurmur. Çünki Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Buna qədər ölkəmizdə dəfələrlə Avropa çempionatları keçirilib. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edərkən dünyaya göstərdiyi təşkilatçılıq nümunəsini Avropa Oyunları ilə bir daha ortaya qoyacaq".

L. Abdullayeva qeyd edib ki, Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi anti-Azərbaycan şəbəkələrini, bəzi beynəlxalq təşkilatları “narahat” edir. Onun sözlərinə görə, “Demokratiya çətiri” altında pərdələnənlər idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar. Əslində onlar üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun. Onların qarayaxma planları yeni bir proses deyil. Amma ölkəmizi gözdən salmaq istəyən şər qüvvələr dəridən-qabıqdan çıxsalar da, heç bir uğur əldə edə bilmirlər. Bu qüvvələrin və onların ölkəmizdəki əlaltılarının çirkin əməlləri daim bumeranq effekti verib”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm