AXCP “Düşüncə Mərkəzi”ni əhəmiyyətsiz saydı: “Daha vacib işlərimiz var”
Bizi izləyin

Nida.az

AXCP “Düşüncə Mərkəzi”ni əhəmiyyətsiz saydı: “Daha vacib işlərimiz var”

“Bu AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət ayırmağa nə vaxtımız var, nə də həvəsimiz”.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı açıqlamasında fəaliyyətinə xitam verilmiş İctimai Palata üzvlərinin yaradacağı “Düşüncə Mərkəzi”nə münasibət bildirərkən deyib.

F. Qəhrəmanlı qeyd edib ki, İP də AXCP üçün əhəmiyyət daşımır: “Çünki Milli Şura yaranarkən İP-in fəaliyyətinə faktiki olaraq son qoyulmuşdu. İP bizim üçün tarixin bir mərhələsidir. Biz bu gün tarixdə qalmış bir məsələ ilə deyil, ölkə gündəminə adi olan daha vacib məsələlərə məşğul oluruq. Daha vacib işlərimiz var. AXCP-nin bu cür məsələlərə vaxt ayıraraq özünü gündəmdə saxlamağa ehtiyacı yoxdur. Çünki AXCP kifayət qədər diqqət mərkəzində olan təşkilatdır. Hər kəs görür ki, əsas mübarizə hakimiyyətlə AXCP arasında gedir. Təzyiqlər də bizə olur. Bütün bunların fonunda bizim vaxtı ötmüş, tarixdə qalmış bir məsələni gündəmə gətirməyə, yaxud buna vaxt ayırmağa ehtiyacımız yoxdur”.

Qeyd edək ki, dünən İctimai Palatanın Koordinasiya Şurasının sonuncu toplantısı keçirilib. Toplantıda qurumun fəaliyyətinə xitam verilib. Daha sonra orda təmsil olunanlar formalaşmış təcrübədən gələcəkdə də istifadə etmək üçün “Düşüncə Mərkəzi”nin yaradılmasına qərar veriblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm