Nida.az
Ermənilər işğal etdikləri kəndimizi belə yandırdılar – VİDEO
Ermənilərin Tərtərin işğal altındakı Seyid Sulan kəndində törətdikləri yanğın cəbhə xətti boyunca 10 kilometrdən çox ərazini əhatə edir.
Tərtər rayon Qarağacı Kənd İcra Nümayəndəs Zakir Əliyevin Publika.az-a verdiyi məlumata görə, yanğın mayın 25-dən başlayıb. Tərtərin işğal altındakı Seyid Sulan kəndindən başlayan yanğın cəbhə xətti boyunca 10 kilometrdən çox ərazini əhatə edir.
Yanğının baş verdiyi ərazilərin yaxınlıqlarındakı təsərrüfat sahələrində və yaşayış evlərində baş verə biləcək yanğın təhlükəsinin qarşısını almaq üçün əraziyə yanğınsöndürən maşınlar və digər texnikalar cəlb edilib. Z.Əliyev onu da bildirib ki, ermənilər hər il ot örtüyünün sıx olduğu ərazilərdə bu cür yanğınlar törədirlər. Bu yanğın isə son 3 ildə cəbhənin Tərtər istiqamətində baş verən ən böyük yağındır. Hətta yanğın zamanı 30-a yaxın mina partlayıb. Dünən əraziyə yanğınsöndürənlərin yaxınlaşdığını görən Ermənistan silahlı qüvvələri yanğına müdaxilə olmaması üçün avtomat və pulemyotlardan atəş açıblar.
Qeyd edək ki, Qapanlı, Ağdərə və Ağdam ərazisində davam edən
yanğının qatı tüstüsünü qonşu rayonlarda da görmək
mümkündür.
Sami Süleymanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK