Rasim Musabəyov: “Sarkisyan Avropaya “atandan” sonra utanmadan ora getmişdi”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Sarkisyan Avropaya “atandan” sonra utanmadan ora getmişdi”

“Avropaya sözün əsl mənasında “atan” və Avrasiya İttifaqına daxil olan Ermənistan prezidenti utanmadan Riqa sammitində iştirak etdi. Halbuki normal dövlət başçısı, ən azından normal insan buna getməzdi”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, Sarkisyanı anlamaq çətin deyil: “O, SSRİ-nin dağılmasında Qarabağ separatçılarının roluna işarə edərək, Qərbdən mükafat almağa iddia edir. Eyni zamanda, Rusiyanın vassalı kimi davranır”.


R. Musabəyov sammitdə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ikili standartların rol oynadığını diqqətə çatdırıb.


“Avropa Birliyi Azərbaycan torpaqlarının erməni işğalını qınamaqdan yayındı. Amma Krıma görə Rusiyanı açıq şəkildə tənqid etdilər. Yalnız Azərbaycan diplomatiyasının israrı nəticəsində, ərazi bütövlüyü məsələsi sənədə daxil oldu və rəsmi Bakı yalnız bundan sonra imza atdı”, - deyə politoloq qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm