• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

YAP-da yeni təyinatlar olub

  • Nida.az
  • 5 Mart 2014 14:25
  • 543 Baxış
YAP-da yeni təyinatlar olub

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Elm və təhsil komissiyasının ilk iclası keçirilib.Trend-in məlumatına görə, komissiyanın sədri, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun sədrliyi ilə keçirilən iclasda elm və təhsil sahəsində həyata keçirilən islahatlar və komissiyanın bu istiqamətdə verə biləcəyi töhfələr müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan A.Məhərrəmov komissiyanın tərkibi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük diqqət ayırır.

Onun sözlərinə görə, komissiyanın yaradılmasında da əsas məqsəd elm və təhsil sahəsində görülən bu işlərə və aparılan islahatlara dəstək göstərmək və bu işlərdə yaxından iştirak etməkdir.A.Məhərrəmov bildirib ki, elm və təhsil elə ağır və geniş sahədir ki, onu inkişaf etdirmək üçün bütün intellektual insanlar öz potensialını yönəltməsələr, burada uğur əldə etmək çox çətin olar. Komissiya sədri elm və təhsil sahəsində inkişafa nail olmaq üçün həm ziyalıların, həm də gənclərin gücündən, bilik və bacarıqlarından istifadə etməyin vacibliyini vurğulayıb.

Daha sonra elm və təhsil komissiyasına sədr müavini və elmi katib seçilib.Səsvermə nəticəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli komissiyanın sədr müavini, professor İsmayıl Əliyev elmi katibi seçilib.

Daha sonra komissiya üzvləri komissiyanın iş planı ətrafında müzakirələr aparıb, təhsil sahəsində mövcud problemlərdən və onların həlli yollarından danışıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR