Millət vəkili Makedoniyada Qarabağ həqiqətlərindən danışıb - FOTO
Bizi izləyin

Nida.az

Millət vəkili Makedoniyada Qarabağ həqiqətlərindən danışıb - FOTO

Millət vəkili Qənirə Paşayeva Makedoniyanın bir sıra tanınmış elm, mədəniyyət xadimləri ilə görüşüb.

Publika.az xəbər verir ki, millət vəkili görüşdə onları Xocalı soyqırımı həqiqətlərinin yayılmasında səylərini artırmağa çağırıb. Qənirə Paşayeva Azərbaycanda vəziyyət, Azərbaycan-Makedoniya münasibətlərinin getdikcə daha da inkişafı ilə yanaşı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsindən də danışıb:

“Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları törədilib. Minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirilməyib”.

Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində aydınların öz səylərini daha da artıracağına inandığını dilə gətirib. Qənirə Paşayeva görüş zamanı onlara Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib. Azərbaycanı sevdiklərini bildirən Makedoniya elm, mədəniyyət xadimləri yaxın zamanlarda Azərbaycana səfər etmək istədiklərini söyləyiblər. Onlar Azərbaycan və Makedoniya arasında əlaqələrinin daha da artması üçün çalışacaqlarını deyiblər və buna böyük potensial olduğunu bildiriblər.

Görüş zamanı Makedoniyada yaşayan türklərlə bağlı da geniş fikir mübadiləsi aparılıb və Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacibliyi də vurğulanıb. Qənirə Paşayeva onlara Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları barədə də danışıb. Bunun tarixi bir hadisə olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu böyük yarışı keçirmək üçün hazır olduğunu deyib və dost Makedoniya ziyalılarını və insanlarını da Avropa Olimpiya Oyunlarını izləməyə və qədim Azərbaycanı daha yaxından tanımağa dəvət edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm