Eldəniz Quliyevlə bağlı prezidentə müraciət edəcəklər
Bizi izləyin

Nida.az

Eldəniz Quliyevlə bağlı prezidentə müraciət edəcəklər

Eldəniz Quliyevlə bağlı prezidentə müraciət edəcəklər

“Kimlərsə bizi bu məsələni hüquq müstəvisindən kənarda həll etməyə sövq edirlər. Lakin belə bir niyyətimiz yoxdur. Biz hüquq çərçivəsində mübarizəmizi davam edəcəyik”.

Bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Publika.Az -a açıqlamasında “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevə qarşı qaldırdıqları iddianın məhkəmə tərəfindən təmin edilməməsinə münasibət bildirərkən deyib. O, qanunun imkan verdiyi bütün üsullardan istifadə edəcəklərini bildirib: “O cümlədən daha yuxarı məhkəmə instansiyalarında iddia qaldıracağıq. Bu barədə daha geniş ictimaiyyəti məlumatlandıracağıq. Məhkəmələrə təsir etmək səlahiyyətinə malik bütün instansiyalara açıq sürətdə müraciət etmək fikrimiz var. O cümlədən, ölkə başçısına, Ədliyyə Nazirliyinə, Məhkəmə- Hüquq Şurasının sədrinə və bu işlərə təsir gücü olan digər siyasi instansiyalara müraciət edəcəyik. Onun üzündən maskanın yırtılması missiyası görünür bizim partiyanın üzərindədir. Buna nail olacağıq”.

VİP sədri qeyd edib ki, hazırda ilkin olaraq apelyasiya məhkəməsinə vermək fikirləri var: “Birinci instansiya məhkəməsinin qərarı əlimizdə yoxdur. Qərar bizə çatan kimi apelyasiya məhkəməsinə verəcəyik. Həmçinin o hakimlə bağlı Məhkəmə-Hüquq Şurasına şikayət ərizəsi hazırlanır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm