İlqar Məmmədovla Erkin Qədirli arasında fikir ayrılığı - İttiham
Bizi izləyin

Nida.az

İlqar Məmmədovla Erkin Qədirli arasında fikir ayrılığı - İttiham

İlqar Məmmədovla Erkin Qədirli arasında fikir ayrılığı - İttiham


REAL Hərəkatının sədri hazırda həbsdə olan İlqar Məmmədovla hərəkatın Məclis sədri Erkin Qədirli arasında fikir ayrılığı yaranıb. Publika.Az -a xəbər verir ki, İ. Məmmədov E. Qədirlinin Xocalı soyqırımının 22-ci ildönümündə bu soyqırımı törətmiş erməni siyasətçilərdən qisas almaqla bağlı fikirlərinə münasibət bildirərkən bunu emosiyalı yanaşma adlandırıb: “Burada, həbsxanada eşidəndə ki, Xocalı qətliamının 22-ci ildönümü günündə REAL Hərəkatı İdarə Heyətinin mənim kimi bir üzvü olan dostumuz Erkin Qədirli hansısa emosiyalara uyaraq bəzi erməni ictimai şəxslər haqqında nə məsuliyyətli siyasətçi standartlarına sığan, nə mənə məlum, nə də Qarabağ münaqişəsinin həlli ilə əlaqədar REAL Hərəkatında müzakirə edilmiş bir qalmaqallı şərhlə çıxış edib, Çox kədərləndim, belə bir yanaşmanın yolverilməz olduğunu bildirirəm və şiddətlə qınayıram.

REAL Hərəkatı kollektiv kimlikdir, İdarə Heyətinin üzvünün şəxsi fikirləri hərəkatımızı bağlaya bilməz, REAL Hərəkatının mövqeyi ancaq rəsmi şəkildə qurum adından yayılan bəyanatlarda öz əksini tapır”.

Qeyd edək ki, E. Qədirli bununla bağlı bildirmişdi ki, Xocalıya ədalətdən çox, qisas lazımdır!: “Bu cinayətin əsas iştirakçıları - Robert Koçaryan, Seyran Ohanyan və Serj Sarqsyan öldürülməlidir. Bu işi xüsusi xidmət orqanlarımız çoxdan etməli idilər. Texniki baxımdan mümkündür. Onların öldürülməsi üçün görüntülü qisasa ehtiyac yoxdur. Məsələn, yeməklərinə zəhər qatılırsa,yetər. Sonra bununla bağlı lap baş sağlığı da verə bilərik. Uzaqbaşı, “radikal müxalifət”, “xalq qisasçıları”, nə bilim daha kimdirsə, (yoxdursa, uydurarıq) üstünə atıb, görkəzmə məhkəmə qura bilərik (məhkumlara içəridə xüsusi qayğı, sonradan isə amnistiya). Hətta ermənilərin və ya üçüncü tərəfin əli ilə də bunu etmək olardı. Təki onların təbii ölümlə həyatdan getmədiklərinə əmin olaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm