“Moskva Bakıya Qarabağla bağlı söz verib” – “Tam Məxfi”
Bizi izləyin

Nida.az

“Moskva Bakıya Qarabağla bağlı söz verib” – “Tam Məxfi”

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Bakıya söz verib.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri yazıb.


Nəşr Elmar Məmmədyarovun Moskvaya səfəri və rusiyalı həmkarı ilə görüşünə toxunub.


“Lavrov Rusiyanın Qarabağ münaqişəsinin həllinə prioritet mövzu kimi baxdığını açıqladı. Bu, əslində Bakıya açıq mesajdır. Yəni Rusiya da münaqişənin uzanmasından yorulub. Rusiya baş diplomatı da “münaqişənin həlli çox ləngiyib, bunu inkar etmirik” deyir. Lavrov azərbaycanlı həmkarını bu istiqamətdə maksimum addım atacaqlarına inandırdı. Bütün bunlar ictimaiyyətə açıqlanan məsələlərdir. Halbuki Məmmədyarovla Lavrov bağlı qapılar arxasında daha ciddi müzakirələr aparıblar. Mediaya açıqlamalarında xoş münasibətləri qapalı görüşün uğurlu keçdiyini deməyə əsas verir. Görünür, Moskva Bakıya Qarabağla bağlı söz verib”, - deyə nəşr yazıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm