ADR üzvü: “Müsavat kiçiləcək və adı partiyaya çevriləcək”
Bizi izləyin

Nida.az

ADR üzvü: “Müsavat kiçiləcək və adı partiyaya çevriləcək”

“Müsavatda müsavatçılıq prinsipi məhv edilib. Sadəcə olaraq, bir qrupun maraqları qorunur”.


Bunu Publika.az-a açıqlamasında Suraxanı rayon təşkilatının keçmiş sədri, ötən həftə Müsavatdan çıxarılan Rövşən Dəmirli deyib.


Onun sözlərinə görə, bu gün Müsavatdan çıxarılan və istefa verənlər partiya üçün özlərini fəda edənlərdir: “Hələ 2003-cü ildə İsa Qəmbərin liderliyini qorumaq üçün canından, qanından keçənlər bu gün cəzalandırılır. Çünki Arif Hacılının qaydalarına tabe olmur, ona biət etmirlər. Müsavatın hazırkı rəhbərliyində təmsil olunanlara baxanda partiyanın hansı günə düşdüyü aydın olur. Ziyalılar, partiyanın qaymaqları artıq orda deyil. Müsavatın perspektivləri tükənib”.


R. Dəmirli hazırda təmsil olunduğu Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sürətlə böyüdüyünü bildirib.


“Müsavatdan çıxarılanlar və istefa verənlərin üz tutduğu yer ADR-dir. ADR eyni zamanda Məmməd Əmin Rəsulzadə yolunu, müsavatçılıq prinsipini qoruyur, bunu məhv olmaqdan xilas edir. Hesab edirəm ki, Müsavat getdikcə daha da kiçiləcək və yalnız adı olan partiyaya çevriləcək. Əgər İsa Qəmbər müdaxilə etməsə və Arif Hacılı istefaya getməsə, Müsavat üçün hər şey indikindən də pis olacaq”, - deyə o qeyd edib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm