Partiya sədri: “Avropa Oyunları turizmi daha da inkişaf etdirəcək”
Bizi izləyin

Nida.az

Partiya sədri: “Avropa Oyunları turizmi daha da inkişaf etdirəcək”

“Azərbaycan birinci Avropa Oyunlarına təşkilatçılığı ilə bir sıra rekordlara imza atdı. Qısa müddət ərzində həyata keçirilən hazırlıq işləri ölkəmizin təşkilatçılıq gücünü ortaya qoydu. Bütün bunlar bir yana, qitənin ilk Oyunlarının ölkəmizdə keçirilməsi tarixə mühüm hadisə kimi düşəcək. Bu cür mötəbər oyunlar Azərbaycanın idman ölkəsinə çevrildiyini sübut edir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bildirib. Onun sözünə görə, birinci Avropa Oyunları ölkəmizə hərtərəfli fayda verəcək: “Ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanda idmana ayrılan diqqət və qayğının göstəricisidir. Bütün bunlar onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycana etimad hər sahədə artır. Cənubi Qafqaz regionunun aparıcı dövləti olan respublikamız artıq qitə miqyaslı tədbirlərə ev sahibliyi edir. İlk qitə oyunlarının məhz bizim respublikamızda təşkili Azərbaycanın bütün regionlarda idman məkanı kimi tanındığını sübut edir. Birinci Avropa Oyunları turizm infrastrukturunun daha da inkişaf etməsinə təkan verəcək, habelə ölkəmizə beynəlxalq marağı bir qədər də artıracaq”.

E.Həsənov qeyd edib ki, bütün bunlar beynəlxalq əlaqələri daim genişlənən respublikamızın uğurlarından xəbər verir: “Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi onun bu cür mötəbər tədbirin keçirilməsində böyük təcrübə qazanmasını sübut edir. Respublikamızın idman infrastrukturunun sürətli tərəqqisi, bu sahə ilə məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayının çoxalması ölkəmizin bütün sektorlarda dinamik inkişafı ilə bağlı söylənilənlərin həqiqətə uyğun olduğunu göstərir”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm