Nida.az
Amerikalı ekspert: “Vaşinqton Afinanı Azərbaycanın layihəsinə qoşmaq istəyir”
“ABŞ “soyuq müharibə” dövründəki mübarizə üsullarına qayıdır”.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə amerikalı politoloq Pol Kreyq Roberts bildirib.
“Vaşinqton “soyuq müharibə” dövründə “demokratik müxalifət”i dəstəkləməklə kommunist rejimləri ilə mübarizə aparırdı. Hazırda ABŞ Rusiyanin Avropadakı energetika təsirini dayandırmaq üçün həmin siyasətə qayıdıb”, - politoloq deyib.
Makedoniyada hakimiyyətin dəyişməsində ABŞ-ın maraqlı olduğunu deyən Pol Kreyq Roberts rəsmi Skopyenin Rusiyaya qarşı sanksiyalara qoşulmamasına və “Türk axını” qaz kəməri layihəsini dəstəklədiyinə diqqət çəkib: “Yunanıstan Brüssel və Beynəlxalq Valyuta Fondu, həmçinin alman və holland bank strukturlarının ciddi təzyiqi altındadır. Serbiya Qərbin siyasətindən zərər çəkmiş ölkədir. Keçmiş Yuqoslaviyanın NATO tərəfindən bombalanmasını xatırlamaq kifayətdir. Vaşinqtonun qorxusu onunla bağlıdır ki, bu iki dövlətin arasında yerləşən Makedoniya Rusiyanın energetika layihələrini dəstəkləyən Avropa dövlətlərinin xüsusi ittifaqının bir hissəsi olacaq”.
Amerikalı politoloqun fikrincə, ABŞ Makedoniyada hakimiyyət dəyişikliyinə nail ola bilərsə, Vaşinqton Azərbaycan vasitəsilə Avropaya qaz tranziti layihəsinə qoşulmaq üçün Afinanı inandırmağa cəhd edəcək. O, hesab edir ki, beləliklə də, Vaşinton Rusiyanın Avropada təsir sahəsinin azaldılmasında mühüm addım atmış olacaq.
Politoloq həmçinin Makedoniyada alban azlığının mövcudluğuna diqqət çəkir: “Bu azlıqdan bir alət kimi qeyri-qanuni hakimiyyət dəyişikliyi və şəxsi strateji maraqların lobbiçiliyi üçün istifadə olunur”.
Ömər Dağlı
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO