Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdı
Bizi izləyin

Nida.az

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdı

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb.


Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.


Onun sözlərinə görə, Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçici var. Seçicilərin 51,7 faizi qadın, 48,3 faizi isə kişidir. Ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.


MSK sədrinin müavini Natiq Məmmədov isə bildirib ki, daha dəqiqləşdirilmiş seçici siyahıları parlament seçkilərinə 25 gün qalmış açıqlanacaq: “Səsvermə günü də daxil olmaqla, istənilən gün seçici siyahılarına seçicilərin adlarının daxil edilməsi mümkündür. Bu da seçki hüququnun təmin olunması baxımından MSK-nın yaratdığı müsbət imkanlardan biridir”.


MSK-nın ilin birinci yarısında əsas fəaliyyəti başa çatıb.


Xatırladaq ki, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq, məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən, Məntəqə Seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq, müvafiq Dairə Seçki Komissiyalarına təqdim edib. Dairə Seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm