Hikmət Çətin: "Türkiyə və İran ATƏT-in Minsk qrupuna daxil edilməlidir" - VİDEO
Bizi izləyin

Nida.az

Hikmət Çətin: "Türkiyə və İran ATƏT-in Minsk qrupuna daxil edilməlidir" - VİDEO

Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu qədər müddət ərzində həll edilməməsi ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin nəticəsidir.

Publika.az-ın məlumatına görə, bunu TTV-yə (Region TV) açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib. O qeyd edib ki, 20 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan BMT-nin məlum qətnamalərinə əməl etmirsə və bu müddətdə aparılan danışıqlar nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarından 1 metr də ərazi boşaldılmayıbsa, Minsk qrupunun tərkibində dəyişiklik edilməli, ya da alternativ yaradılmalıdır:

"Bu qrupda Türkiyənin olması lazımdır. Lap qardaşlıq münasibətlərini belə kənara qoysaq, Türkiyə Rusiya kimi Azərbaycana qonşu ölkədir. Həm də bu məsələyə bilavasitə aidiyyatı var. Məsələn, sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası və sair".

Hikmət Çətinin fikrincə, bu qrupa Türkiyə ilə yanaşı, İran, həmçinin Almaniya da daxil edilməldir. ABŞ, Rusiya və Fransa erməni lobbisinin təsir etdiyi ölkələrdir. Odur ki, Minsk qrupu münaqişənin həllində konkret addım ata bilmir. Həmsədrlərin faktiki fəaliyyəti vaxt uzatmağa hesablanıb.

"Çox uzandı. 25 il böyük müddətdir. BMT-nin qərarları var. Əslində beynəlxalq aləm öz qiymətini verib. Ermənistanla yanaşı, Minsk qrupundan da bu qətnamələrin icrasını tələb etmək lazımdır", - Hikmət Çətin əlavə edib.

Hikmət Çətin deyib ki, əgər bu gün dünya liderləri sülhün bərqərar olmasından danışırlarsa, Qafqaza da nəzər yetirsinlər. Bu bölgədə sülhə mane olan bircə amil var - o da Ermənistanın işğalçılıq siyasətidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm