AXCP-də şok qalmaqal: MTN-ə müraciət edildi
Bizi izləyin

Nida.az

AXCP-də şok qalmaqal: MTN-ə müraciət edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, partiya rəhbərliyini tənqid edən Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayevin “facebook” profilinə hücum olub. Nəticədə onun profili sındırılıb.

D. Babayev Publika.az-a açıqlamasında bildirib ki, o, bu günlərdə AXCP-dən çıxarılan Ağaşirin Tanrıverdioğlunu müdafiə etdiyinə görə, rəhbərlik tərəfindən xəbərdarlıq alıb.

“Məclisin iclasında mənim partiyadan çıxarılmağım məsələsi müzakirə olunacaqdı. Lakin Ağaşirin bəyi çıxartdılar. Mən etiraz etdim, Məclis üzvü Babək Həsənli məni hədələdi. Mən “Facebook” səhifəmdə bu barədə yazdım. Ondan sonra profilimə hücum oldu və dağıdıldı. Mənə qarşı AXCP-də mənfi münasibət var. Səbəbini bilmirəm. Amma mənə deyirlər ki, hakimiyyətə yaxın olan saytlara açıqlama vermə. Əks təqdirdə partiyadan qovulacaqsan”, - deyə o bildirib.

D. Babayev profilinə hücum olunması ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdiyini qeyd edib: “Mən bunun arxasında kimin dayandığını bilmək istəyirəm. Əgər profilimə hücumun AXCP-dən gəldiyi ortaya çıxsa, həmin gün partiyadan istefa verəcəm”.

AXCP sədrinin müşaviri Məmməd İbrahim isə deyilənləri təkzib edib.

“Bunu AXCP, yaxud partiyadan kimsə etməyib. Dəyanət MTN-ə müraciət edibsə, özü bilər. Qoy aydınlaşdırsınlar, cəzalandırsınlar. Dəyanət Babayevin profili cəbhəçilər üçün nə təhlükə törədə bilərdi ki, cəbhəçilər onun profilini sındırsınlar? Cəbhəçilər parol sındırmağı bilsəydilər, elə öz oğurlanan profillərinin dəyişdirilmiş parollarını qırıb qaytarardılar”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm