Rusiyanın Ukraynadakı hərəkətlərinin hüquqi əsası varmı? - İzah
Bizi izləyin

Nida.az

Rusiyanın Ukraynadakı hərəkətlərinin hüquqi əsası varmı? - İzah

Rusiyanın Ukraynadakı hərəkətlərinin hüquqi əsası varmı? - İzah

Rusiya Ukraynada rus əsilli və rusdilli vətəndaşların hüququnu qorumaq məqsədilə hərəkətə keçdiyini bildirib. Bəs Rusiyanın belə addım atmağa əsası olubmu? Publika.Az BBC-yə istinadən hüquqi-tarixi araşdırmanı təqdim edir.

Rusiyanın Krım iddiası nədən ibarətdir?

İddianın tarixi 18-ci əsr, Rusiya çariçası II Yekaterina dövrünə gedib çıxır. O zaman Rusiya müharibələr nəticəsində Osmanlı İmperiyasından cənubi Ukrayna və Krımı qopara bilmişdi.1954-cü ildə Ukrayna əsilli Sovet lideri Nikita Xruşşov Krıımı Ukraynaya bəxşiş etmişdi.Bundan 10 il əvvəl İosif Stalin 300 min Krım Tatarını Hitler Almaniyası ilə əməkdaşlıqda ittiham edərək yarımadadan sürgün etmişdi.

1954-cü ildə ukrayna əsilli Sovet lideri Nikita Xruşşov Krıımı Ukraynaya bəxşiş etmişdi.1991-ci ildə Ukrayna müstəqilliyini elan etdi. O zaman Rusiya prezidenti Boris Yelstin Krımın Ukrayna tərkibində qalmasına razılıq vermişdi. Rusiya Qara Dəniz donanmasına isə Sevastopolda icarə əsasında qalmağa icazə verilmişdi. Bu yaxınlarda həmin icarənin müddəti 2042-ci ilədək uzadılıb.

Rusiyanın hərəkətlərinin hüquqi əsas varmı?

1994-cü ildə ABŞ, Britaniya, Rusiya və Rusiya tərəfindən imzalanmış Budapeşt Memorandumuna əsasən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə təhlükə kəsb edən hərəkət etməmək və eləcə də Ukraynaya iqtisadi təzyiq göstərməmək öhdəliyini götürmüşdülər.

Krım respublikası

• Etnik ruslar - 58.5%

• Etnik ukraynalılar - 24.4%

• Krım tatarları - 12.1%

Mənbə: Ukrayna statistikası 2001

Moskva Ukraynaya qüvvə göndərilməsini əhalinin Rusiya vətəndaşlığı olan qisminin müdafiəsini təmin etmək ehtiyacı ilə əsaslandırıb.Krımda bir tərəfdən, etnik rus çoxluqdadır, Sevastopolda isə Rusiyanın Qara Dəniz donanması mənzillənir. Yerli əhalinin əksəriyyətinin Rusiya pasportları var. Lakin ABŞ Rusiyanın atdığı addımların qanunsuz olmasında təkid edir.Vaşinqton Moskvanı Ukraynanın suverenliyini birtərəfli qaydada pozmaqda ittiham edir, G7 qrupuna daxil ölkələr də bu yanaşmanı bölüşür.

Ukrayna ilə qarşılıqlı müqaviləyə əsasən, Rusiya yarımadada 25 minlik qoşun saxlamaq hüququna malikdir. Hazırda yarımadada 16 min Rusiya qoşunu yerləşir.Lakin hissələrini tərk etməli olan Rusiyanın əsgəri qüvvəsi indi bütün Krım yaramadasına nəzarət edir.

Əvvəl Rusiya Budapeşt Memorandumunu pozmadığını bildirmişdi.Lakin indi Moskva deyir ki, Ukraynada "radikal ekstermistlər" hakimiyyəti ələ keçirdikdən sonra vəziyyət pisləşməkdə davam edir, Krım və Ukraynanın cənub-şərq hissəsində rusdilli əhali üçün təhlükə yaranıb.Moskva eləcə də, devrilmiş president Viktor Yanukoviç ilə yeni hökümət arasında fevralın 21-də imzalanmış sənədin mövcudluğuna da diqqəti çəkir.

'21 fevral' razılaşmasının aqibəti nə oldu?

Fevralın 21-də Kiyevdə Viktor Yanukoviçlə müxalifət arasında razılıq sənədi imzalandı.Prezident Kiyevi tərk etdikdən sonra, müxalifət yaranmış hakimiyyət vakuumunu doldurmağa başladı.Tərəflər prezident sdəlahiyyətlərini məhdudlaşdıran 2004-cü ilin Konstitusiyasını bərpa etmək razılığını əldə etmişdilər.Həmin sənəd Viktor Yanukoviç, müxalifət liderləri və Aİ nazirləri tərəfindən imzalansa da, sonrakı hadisələrin sürətli cərəyanı sənədin əhəmiyyətini heçə endirdi.

"Radikal ekstermistlər"in rolu nə olub?

Moskva dəfələrlə Kiyevdə hakimiyyətə nasist qüvvələrin gəlməsi fikrini vurğulayaraq, 'Sağ Sektor' və 'Svoboda' (Azadlıq) təşkilatlarının adını göstərib.Ukrayna millətçiləri isə qəhrəman saydıqları II Dünya Müharibəsi dövrünün Ukrayna millətçi lideri Stepan Banderanın ideyalarını özləri üçün rəhbər seçiblər.Lakin rusdilli əhali tərəfindən Bandera ilk növbədə yəhudilərin və digər milli azlıqların qətliamının səbəbkarı kimi tanınır.Radikal sağçılar Kiyev etirazlarında azlıq təşkil etsələr də, zorakı hadisələrdə daha çox iştirak ediblər, onların millətçi rəmzləri Maydanda daha çox gözə dəyib.

Millətçi "Sviboda" partiyası yeni hökümətdə 4 nazirlə təmsil olunub, o cümlədən, Baş nazirin müavini və Baş prokurorla.Antisemitizmdə ittiham olunan partiya sədri hökümətdə təyinat almayıb.Kiyevdə Etiraz hərəkətının liderlərindən olan partiya sədri Andriy Parubi Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri təyin edilib.

'Svoboda' partiyasının lideri hökümətdə təmsil olunmasada, partiyanın 4 üzvü hökümət tərkibinə daxil edilib.MTK-da Parubiyin müavuini, Svoboda partiyasının həmtəsisçilərindən biri olan Dmytro Yaroş isə hərbiləşdirilmiş "Sağ Sektor" qrupuna rəhbərlik edir.

Yeni hökümət anti-Rusiya yönümlüdürmü?

Problem qismən onunla bağıdır kı yeni hökümətin Ukraynanın rusiyapərəst şərqinə bağlılığı demək olar ki, yoxdur.Elə yeni hökümətin ilk fərmanlarından biri də məhz rus dilinin ikinci rəsmi dil statusunun ləğv edilməsi olub. Ukraynada rus dilinə rəsmi dil statusu 2012-ci ildə verilmişdi.Yeni hökümətin rus dilinə münasibəti Ukraynanın rusdilli bölgələrinin narazılığına səbəb olmuşdu.

Ötən həftə Krım paytaxtı Simferopolda Moskvapərəst etirazçılarla Ukraynanın yeni höküməti tərəfdarları arasında yerli parlament binası qarşısında qarşıdurma baş vermişdi.Moskva Kiyevi yarımadada vəziyyəti gərginləşdirmək məqəsdilə Krıma silahlı dəstələr göndərməkdə ittiham etmişdi.Lakin indi yarımadaya Rusiya tərəfdarları nəzarət edir.

Krım hadisələri Ukraynada təkrarlana bilərmi?

Ukraynın rusdilli regionlarında, Donetsk və Xarkov şəhərlərində vəziyyət Krımdakı vəziyyətlə müqayisə edilən səviyyədədir.Donetskdə mitinq iştirakçıları "Putin, gəl" şüarları səsləndiriblər.Bu şəhərlərdə Rusiyapərəst aksiyalar keçirilib. Bazar ertəsi günü 100-dək nümayişçi Donetskdə icra hakimiyyəti binasına hücim edib.Müxbirlərə görə, mitinq iştirakçıları "Putin, gəl" şüarları səsləndiriblər.Rusiya qoşunlarının isə Ukrayna ilə sərhəd xətti boyu mövge tutduğu bildirirlir.

Rusiya mediasında yayılan və təsdiqlənməmiş xəbərlərə görə, bu ilin əvvəlindən 675,000 ukraynalı ölkənin şərqində sərhəd xəttini keçərək Rusiyaya gəliblər.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm