"Məqsəd AXCP-nin özünü qorumaqdır" - YAP-dan REAKSİYA
Bizi izləyin

Nida.az

"Məqsəd AXCP-nin özünü qorumaqdır" - YAP-dan REAKSİYA

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahının partladılması iddialarına münasibət bildirib.

Publika.Az-ın məlumatına görə, YAP-çı deputat S.Novruzov deyib ki, sözügedən məsələ ətrafında söylənilən ittihamlar tamamilə cəfəngiyyatdır: "Ayrı-ayrı idarə və müəssisələrdə, yaşayış mənzillərində də belə hallar baş verir ki, bu da səhlənkarlıqdan irəli gəlir. Bunlar da belə bir səhlənkarlıq edib və bu hadisə baş verib. Əslində burada məqsəd AXCP-nin özünü qorumaqdır. Yəni, qəzalı vəziyyətdə olmasınlar, qəzasız bir yer tapıb orada fəaliyyət göstərsinlər. Bir daha söyləyirəm ki, burada qeyri- adi heç nə yoxdur, sadəcə olaraq təhlükəsizlik məsələlərin həll etmək lazımdır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm