• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Spiker: “Günahkarlar cəzalandırılacaq”

  • Nida.az
  • 29 May 2015 12:32
  • 255 Baxış
Spiker: “Günahkarlar cəzalandırılacaq”

"Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yanan binada təmir-bərpa işləri davam etdirilir. Tam əminəm ki, cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud olan nöqsanlar qısa müddətdə aradan qaldırılacaq və belə hadisələr bir daha təkrarlanmayacaq".

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən son plenar iclasında spiker Oqtay Əsədov bildirib.

Spiker deyib ki, dövlət başçısının tapşırığı ilə yanğın baş verən binada bütün təmir-bərpa işləri qaydasında davam edir: “Hazırda yanan bina ilə bağlı təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir və günahkarlar cəzalandırılacaq. O binada yaşamış və zərərçəkmiş ailələrə və yaralılara dövlət tərəfindən yardımlar edilərək onlara müavinətlər verilir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR