İTV Yayım Şurasının tərkibi dəyişdi – YENİLƏNİB
Bizi izləyin

Nida.az

İTV Yayım Şurasının tərkibi dəyişdi – YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının tərkibinə dəyişiklik edilib.

Publika.az-ın məlumatına görə, dəyişiklik layihəsi barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

Deputat Nizami Cəfərov deyib ki, bu məsələ komitədə müzakirə olunub:

“İTV-nin çox böyük təcrübəsi var. Lakin yüngül verilişlərə çox yer ayrılır. Təklif edirəm ki, sadəcə dəqiq verilişlərə daha çox yer verilsin. İTV həm də vaxtaşırı olaraq hesabat versin. Bununla da qarşılıqlı etimad olsun”.

Millət vəkili Fazil Mustafa da hesabat verilməsi fikrini dəstəkləyib:

“Heç bir halda cəmiyyət qarşısında onların çıxışını görmədim. İTV-nin çıxışını bir az da gücləndirmək lazımdır. Bu formal hal daşımamamlıdır. Təklif edirəm ki, ictimai nəzarətə mane olan hadisələrə qarşı müəyyən normativ aktlar qəbul edək”.

Deputat Fuad Muradov isə deyib ki, İTV-nin Yayım Şurasının üzvü olaraq, hər il biz hesabat təqdim edirik: “Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Ancaq bu bir TV-dən başlaya bilməz. Ona görə televiziyaya qarşı nəzarət güclənməlidir”.

Milli Məclisin deputatları Ülkər İsmayılova və Sevil Yusifovanın da Yayım Şurasının üzvü seçilməsinə səs veriblər.

Daha sonra layihə səsverməyə çıxarılaraq qəbul olunub. Beləliklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasını İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, əvəzçi namizəd kimi isə həmin konfederasiyasının üzvü, “NEURON TECNOLOGİES” MMC-nin baş direktoru İsmayıl Ələkbərov təmsil edəcək.

Xatırladaq ki, Şuranın üzvlüyündə yer alan Fuad Muradov, Zərifə Salahova və Namiq Məmmədovun səlahiyyət müddətləri bitib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm