AXCP üzvünün Əli Kərimliyə qarşı 156 min dollarlıq məhkəmə iddiası
Bizi izləyin

Nida.az

AXCP üzvünün Əli Kərimliyə qarşı 156 min dollarlıq məhkəmə iddiası

AXCP rəhbərliyi və “Azadlıq” qəzeti məhkəməyə verilib.


Publika.az xəbər verir ki, ötən həftə partiyadan çıxarılan Ağaşirin Tanrıverdioğlu iddia ərizələrini 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim edib.


“Bunlar məni qanunsuz olaraq partiyadan xaric ediblər. Partiya rəhbərliyini məhkəməyə vermişəm ki, məndən üzr istəsinlər. Ya da 156 min dollar məbləğində təzminat ödəməlidirlər. “Azadlıq” qəzetindən də təzminat tələb edirəm. Çünki həmişə bu qəzetə dəstək olmuşam, ianələr vermişəm. Amma bunlar mən partiyadan çıxarılandan sonra mövqeyimi dərc etməyiblər. Ona görə ki, qəzet AXCP sədri əli Kərimliyə xidmət edir”, - deyə keçmiş cəbhəçi qeyd edib.


Qeyd edək ki, A. Tanrıverdioğlu AXCP rəhbərliyinin siyasətinə qarşı çıxdığı üçün partiyadan çıxarılıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm