Qüdrət Həsənquliyev: “Avropa Oyunlarına hazırlıq üçün hökumət böyük işlər görüb”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Avropa Oyunlarına hazırlıq üçün hökumət böyük işlər görüb”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Publika.az-ın məlumatına görə, deputat Q.Həsənquliyev deyib ki, iki həftədən sonra Azərbaycanda ilk Avropa Oyunları başlayır: “Bu münasibətlə mən Azərbaycan xalqını təbrik edirəm. Biz bu məsələ ilə bağlı hökumətin fəaliyyətini xüsusi qiymətləndirməliyik. Avropa Oyunlarına hazırlıq üçün hökumət və Təşkilat Komitəsi tərəfindən çox böyük işlər görülüb. Bu işləri yüksək qiymətləndirmək lazımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm