• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Qüdrət Həsənquliyev Cəmil Həsənlinin “iç üzünü” açdı

  • Nida.az
  • 29 May 2015 14:05
  • 782 Baxış
Qüdrət Həsənquliyev Cəmil Həsənlinin “iç üzünü” açdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı hər dəfə büdcənin müzakirəsində millət vəkillərinin səhiyyəyə, elmə olan xərclərin artırılmasını istədiklərini gündəmə gətirib.

Publika.az-ın məlumatına görə, deputat Q.Həsənquliyev deyib ki, hazırda Naxçıvan blokada vəziyyətində olduğu üçün bu regiona xüsusi diqqət göstərilməlidir:

“Doğrudur, ölkə başçısı bu əraziyə xüsusi diqqət də yetirir. Ancaq blokadada olduğu üçün Naxçıvanda yeni iş yerlərinin açılmasına xüsusi diqqət lazımdır. Bildiyim qədər, son illərdə Naxçıvana investisiya vəsaitinin qoyuluşu 5 dəfə azalıb”.

Milli Şuranın mayın 30-da paytaxtda təyin etdiyi aksiyaya da toxunan Q.Həsənquliyev deyib ki, Milli Şura adlanan qurum sabaha mitinq təşkil edib: “Onlar insanları təhqir edirlər. Mitinqə gəlmək istəməyən insanları şantaj edərək müxtəlif çağırışlar edirlər. Onlar deyir ki, hansı insan onların mitinqinə qatılmırsa, guya dili yoxdur və sairə. Axı belə olmaz. Bu bir şantajdır. Milli Şurada olan o adamlar indi də bəyan edirlər ki, biz azərbaycanlı olduğumuza görə utanırıq. Əvvəla, onlar özləri üçün utana bilərlər. Lakin lider dedikləri insana baxsınlar. Cəmil Həsənli bizim deputat həmkarımız olub. O, dəfələrlə bizimlə bərabər Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla isə çox yaxşı tanışıq. Cəmil Həsənli deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa. Gəncə hadisələrində isə Surət Hüseynovun etdiklərini hamı gördü. Belə insanlara niyə etimad edilməlidir ki? İnsanları təhqir edirlər ki, qorxaqsınız, qürurunuzu qoruyun və sairə. Ay Milli Şura, bir özünüzə baxın, sonra danışın”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR