Siyavuş Novruzov: “Martin Şults öz maskasını cırdı”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Martin Şults öz maskasını cırdı”

“Bəzi daxili qüvvələr və onların xarici havadarları Azərbaycanın inkişafını, müstəqilliyini və tərəqqisini qəbul edə bilmirlər”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

YAP-çı deputat Avropa Parlamentinin prezidenti Martin Şultsun Ermənistanı dəstəkləyən bəyanatlarını da kəskin tənqid edib:

“Martin Şults öz maskasını cırdı. O, Riqa sammitində Şimali Koreya ilə eyni səviyyədə olan Ermənistanda demokratiyanın olduğunu bəyan etdi. Martin Şults Ermənistandan da demokratiyanın çiçək açmasından dəm vurur. Halbuki Ermənistan parlamentində güllələnmə hadisəsi baş vermişdi. Bundan başqa, 2013-cü il prezident seçkisində namizədlərdən biri güllələndi.

Milli Şura da Martin Şults kimilərinin istəyi ilə Azərbaycanda böyük tədbir ərəfəsində aksiya keçirir. Amma onlar heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan bu idman tədbirini keçirəcək. Onlar da görəcəklər ki, demokratiya olduğunu dediyi ölkələrlə müqayisədə Azərbaycanda nə qədər inkişaf var”.

Spiker Oqtay Əsədov isə deyib ki, deputat Siyavuş Novruzovun çıxışı zamanı Şults sözünün işlətməsi ona “Uzaq sahillərdə” filmindəki Şultsu xatırladıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm