Nida.az
Putin Bakıda Qarabağla bağlı nə deyəcək? – rusiyalı ekspertin şərhi
“İyunun 12-da Bakıda I Avropa oyunlarının açılış mərasimində iştirak edəcək Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Hətta son geosiyasi proseslər fonunda konkret nəticələrin əldə olunacağı ehtimalları da var”.
Publika.az xəbər verir ki, bu barədə Problemli
Analiz Mərkəzinin (PAM) baş analitiki Sergey Balmasov deyib.
Onun sözlərinə görə, Rusiya münaqişənin həll olunmasında aparıcı
indikator rolunu oynamaqda israrlıdır.
“Lakin son günlər münaqişənin tezliklə həll olunacağına dair
iddialar inandırıcı deyil. Çünki Dağlıq Qarabağ kimi uzun müddət
davam edən kəskin xarakterli münaqişələr danışıqlar yolu ilə tez
həll olunmur. Xüsusilə, hazırkı diplomatik döyüşdə bu, çətin
görünür”, - deyə ekspert bildirib.
S. Balmasov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun
Moskvaya səfərini də şərh edib. Onun fikrincə, bu səfər daha çox
Riqa sammitindən sonrakı dönəmə hesablanmışdı: “Sammitdə Avropa
Birliyi Ermənistanla oynamaqda davam etdi, ona viza rejiminin ləğvi
kimi şirnikləndirici təkliflər verdi. Azərbaycan sammitdə Dağlıq
Qarabağla bağlı mövqeyini israrla ortaya qoydu. Ardınca Moskvada
hər iki nazirin görüşü baş tutdu. Görüş zamanı Lavrovun Dağlıq
Qarabağla bağlı bəyanatı daha çox Azərbaycan-Avropa Birliyi
əlaqələrinə cavab idi. Lakin Lavrov münaqişəni Ermənistanın xeyrinə
həll edəcəyini də dilə gətirmir”.
Ekspert qeyd edib ki, Moskva olduqca həssas davranır: “Çünki
münaqişədə hansısa tərəfə üstünlük vermək digərinin birbaşa
itirilməsi deməkdir. Belə olacağı təqdirdə, Qərb bundan kifayət
qədər yararlana bilər. O da faktdır ki, Qarabağ probleminin həllinə
nə Rusiya, nə də Qərb çalışmır. Hər iki tərəf bundan öz geosiyasi
maraqları üçün istifadə edir. Moskva və Brüssel üçün ən yaxşı
variant münaqişənin isti mərhələyə keçməməsidir. Lakin uzun sürən
problem artıq öz sərhədlərini aşır, Bakının əsəbləri tarıma
çəkilir. Hesab etmək olar ki, Putin Bakıda bütün bu məsələləri
müzakirə edəcək”.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü