Musa Quliyevdən Sabir Rüstəmxanlıya sərt cavab
Bizi izləyin

Nida.az

Musa Quliyevdən Sabir Rüstəmxanlıya sərt cavab

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Quliyev həmkarı, xalq şairi Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçrilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edərək, ona sərt reaksiya verib.

Publika.az-ın məlumatına görə, deputat M.Quliyev deyib ki, Sabir Rüstəmxanlı burada M.Ə.Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur: “Ümumiyyətlə, Gəncədə M.Ə.Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu, həqiqəti əks etdirmir. Adı çəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyətsizdir. Ona görə də o abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra hakimiyyətinə heç bir aidiyyatı yoxdu. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının belə ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin. Gəncə icra hakimiyyətinin balansında olan “İstiqlal” parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gösəl istirahət edir.”

M.Quliyev bildirib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayırlar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə: “Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. Sabir Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı və ondan sonra dəqiqləşmiş fikir söyləyəydi. Belə yarımçıq fikirlərin yeri yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm