Nida.az
“Dağlıq Qarabağ hər an partlamağa hazır olan barıt çəlləyidir” – Qərb KİV-i
“20 il boyunca Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma davam edir. Lakin bu gün Dağlıq Qarabağda vəziyyət daha təhlükəlidir”.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Huffington Post”
nəşri yazıb.
Nəşr Qafqazdan müharibə iyinin gəldiyini yazır və qeyd edir ki,
Rusiya regionu əldə saxlamaq üçün bütün vasitələrdən istifadə
edəcək.
“1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs imzalandı.
Bakı öz torpaqlarının 1/5 hissəsini itirdi, ermənilərsə ərazilərini
Azərbaycan torpaqları hesabına artırdılar. Münaqişədən illər keçib
və hələ də ümid yeri görünmür. Əksinə, bu münaqişə deyildiyi kimi
“dondurulmuş” deyil və hər an partlamağa hazır olan barıt çəlləyini
xatırladır. İllər boyu cəbhə xəttində müxtəlif qarşıdurmalar olub.
Son illərsə bu, geniş vüsət aldı. 2014-cü ildə Ermənistan 47 minlik
ordu ilə Dağlıq Qarabağda təlimlər keçirdi. Bu əslində Bakını
qıcıqlandırmaq və təhrik etmək məqsədi daşıyırdı. Azərbaycan hava
məkanına girən erməni helikopterlərindən biri vuruldu. Ermənistan
bu təlimlərlə Azərbaycana öz gücünü nümayiş etdirməyi düşünürdü.
Lakin bununla regiondakı gərginliyi artırdı və danışıqlar prosesinə
mane oldu. Toqquşmalar 2015-ci ildə də davam etdi və bu gün də biz
gərginliyi müşahidə edirik. Hazırda vəziyyət çox təhlükəli
tendensiyaya çevrilib”, - deyə məqalədə bildirilir.
Nəşr qeyd edir ki, Rusiya belə vəziyyətdə super güc kimi davranır,
lakin bu, neqativlərə səbəb olur: “Moskva Ermənistanın himayəçisi
rolundadır və güman ki, ermənilərə bəzi silahlar verib. Bu isə
erməni tərəfinin hərbi güclənməsi və regionda balansın pozulmasına
gətirib çıxarır. Belə disbalans Bakını ehtiyatlı olmağa vadar edir
və o öz döyüş bacarığını gücləndirərək Kremli ələ almağa çalışır.
Azərbaycan Rusiyadan böyük miqdarda silah alır. Bununla həm də
rus-erməni ittifaqını zədələyir. Azərbaycanın fəallığı və Rusiyanı
özünə tərəf çəkməsi Ermənistanı qorxudur. Çünki Ermənistan Avrasiya
İttifaqına daxil olaraq Rusiyaya tamamilə tabe oldu. Belə olanda
ermənilər nəinki Kremlin Bakı ilə münasibətlərinə qarışa,
ümumiyyətlə, etiraz belə edə bilmirlər”.
“Le Huffington Post” əlavə edir ki, Moskva yaranmış vəziyyətdən
çıxış edərək Cənubi Qafqaza nəzarət edir: “Gürcüstan nə qədər inkar
etsə də, öz qonşuluğundakı böyük güclə hesablaşmağa məcburdur.
2008-ci ildə bunun əksini etdi və cəzalandırıldı. Burda Qərbin özü
günahkardır. Çünki o, bərabər olmayan güclərin döyüşünü dəstəklədi
və seyrçi qaldı. Lakin bu gün Qafqazda əsas təhlükə olan Dağlıq
Qarabağda müharibənin yenidən bərpa olunmasından nə Avropa
qazanacaq, nə Rusiya, nə də Amerika”.
Asif Nərimanlı
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır