Rəhbərliyin təhdid etdiyi Müsavat üzvü partiyadan istefa verdi
Bizi izləyin

Nida.az

Rəhbərliyin təhdid etdiyi Müsavat üzvü partiyadan istefa verdi

Müsavat Partiyası Səbail rayon təşkilatının Məclis üzvü İlham Rəsulzadə partiyadan istefa verib.


Publika.az xəbər verir ki, İ. Rəsulzadə partiya rəhbərliyi tərəfindən təhdid olunub: “ADR hərəkatının 28 May - Respublika Günü ilə bağlı təşkil etdiyi tədbirdə iştirak etdiyim zaman partiyanın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov mənə zəng vurdu və partiyanın müvafiq strukturlarında bununla bağlı məsələ qaldırılacağını bildirdi. Mən bu təhdidlərə məruz qaldım. Qərara gəldim ki, bundan sonra fəaliyyətimi ADR Hərəkatında davam etdirim”.


İ. Rəsulzadə qeyd edib ki, Müsavat öz tarixi ənənələrindən imtina edib, təşkilat daxili demokratiya yoxdur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm