Şəmsəddin Hacıyevin kürəkəni danışdı
Bizi izləyin

Nida.az

Şəmsəddin Hacıyevin kürəkəni danışdı

"Bu məsələ cənab Prezidentin müstəsna səlahiyyətlərinə daxildir" - Şəmsəddin Hacıyevin kürəkəni

"Bu məsələ cənab Prezidentin müstəsna səlahiyyətlərinə daxildir. Məndən heç nə soruşmayın, heç bir şərh vermək istəmirəm".

Publika.Az xəbər verir ki, bu sözləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyevin vəzifəsindən azad eilməsi barədə məlumatlara münasibət bildirərkən deyib. Qeyd edək ki, S.Orucov millət vəkili Ş. Hacıyevin kürəkənidir.

Xatırladaq ki, “Qafqazinfo” Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunması haqda xəbər yayıb. Qeyd edilir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb və sərəncam yaxın saatlarda dərc olunacaq.

Sərəncamda qeyd olunur ki, Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunsun. Prezident həmçinin İqtisad Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verib.

Qeyd edək ki, Şəmsəddin Hacıyev həm də Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm