“Stratfor” Azərbaycan qazı uyğunda gedən savaşdan yazdı
Bizi izləyin

Nida.az

“Stratfor” Azərbaycan qazı uyğunda gedən savaşdan yazdı

“Yunanıstan iqtisadi cəhətdən borc içindədir, lakin bu ölkənin coğrafi yerləşməsi onun əhəmiyyətini artırır. Bu gün Yunanıstan iki rəqib qaz layihələrinin tranzit ərazisidir: Rusiya tərəfindən maliyyələşdirilən “Türk axını” və Azərbaycanın maliyyələşdirdiyi və Avropa Birliyinin dəstəklədiyi Cənub Qaz Dəhlizi layihəsi”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu beyin mərkəzi olan “Stratfor” yazıb.


Mərkəzin rəhbəri Corc Fridman qeyd edir ki, Yunanıstan da Ukrayna kimi maliyyə yardımını siyasi məqsədlərlə tez-tez əlaqələndirir: “Birləşmiş Ştatlar Afinada Qərbyönümlü hökumətin olmasını istəyir. Yunanıstan isə artıq Rusiyadan maliyyə yardımı ala biləcəyinə işarə vurub. Afina Rusiya təbii qazına və bunu daha ucuz qiymətə ala biləcəyinə güvənir. Ağ Ev isə buna heç cür imkan vermək niyyətində deyil. Birləşmiş Ştatlar regionda Rusiyanın genişlənməsinə müqavimət göstərmək üçün hələ 1950-ci illərdə Yunanıstanı NATO-ya qəbul etmişdi. İndi də Vaşinqton Yunanıstanda Rusiya enerji layihələrinin genişlənməsinin qarşısını almaqda israrlıdır. ABŞ həmçinin, Yunanıstanda daxili və xarici terrorçu qrupların ayaq açacağından ehtiyatlanır. Hansı ki, 1970-90-cı illərdə Yunanıstan ABŞ obyektlərinə hücum edən terror qruplarında böyük paya sahib idi. Ağ Ev indi Yunanıstanda sol və sağ radikal qruplarının, həmçinin, Yaxın Şərqdən gələn terrorçuların möhkəmlənəcəyindən ehtiyat edir. Avropa Birliyinin liderlərindən olan Almaniya da burda söz sahibidir. Berlin Afinaya qarşı sərt mövqe tutur.

Çünki almanlar qorxurlar ki, hazırki Afina hökumətinə güzəştə getsələr, bu birliyin digər ölkələri üçün pis nümunə ola bilər. Beləliklə, tranzit Yunanıstanda ABŞ-la Rusiya savaş aparır. Birləşmiş Ştatlar Azərbaycan qazını müdafiə edir və onun Avropa bazarına çıxışı üçün bu yolda əngəl olan hər şeyi aradan qaldırır. Rusiya isə israrla “Türk axını” layihəsini reallaşdırmaq istəyir. Hələlik, Birləşmiş Ştatlar bir addım öndədir. Lakin Qərb rəhbərliyi ələ alan radikal yunan solçularına inanmır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm