Leonid Slutskiy: “Qarabağ problemini gələcək nəsillərə saxlamamalıyıq”
Bizi izləyin

Nida.az

Leonid Slutskiy: “Qarabağ problemini gələcək nəsillərə saxlamamalıyıq”

“Biz ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq və Azərbaycanın Avrasiya İttifaqı layihəsinə marağı artacaq”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB ölkələri ilə əlaqə və Avrasiyaya inteqrasiya komitəsinin sədri Leonid Slutskiy deyib.


Onun sözlərinə görə, bu gün Azərbaycan və Rusiya arasında yaxşı münasibətlər var: “Heç bir təxribat bu münasibətləri korlamağa müvəffəq olmayacaq. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllini, həmçinin, Azərbaycanın Avrasiya layihələrinə inteqrasiyasını gələcək nəsillərə saxlamamalıyıq. Biz insanları rahat yamamağa qoymayan köhnə problemləri həll etməliyik”.


Duma üzvü hesab edir ki, Dağlıq Qarabağ problemi həll olunacağı təqdirdə, Azərbaycan-Rusiya əlaqələri daha müsbət məcrada inkişaf edəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm