YAP-da müşavirə: ciddi tapşırıqlar verildi - FOTO
Bizi izləyin

Nida.az

YAP-da müşavirə: ciddi tapşırıqlar verildi - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.


YAP-dan Publika.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Baş nazirin müavini, partiyanın icra katibi Əli Əhmədov toplantının bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu bildirib. Artıq ilin əvvəlindən seçkilərə hazırlıq işlərinin başlanıldığını və bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələrin verildiyini deyən Əli Əhmədov Yeni Azərbaycan Partiyasının bu seçkilərə yüksək əhval-ruhiyyədə getdiyini vurğulayıb.


YAP sədrinin müavini qeyd edib ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb.

Əli Əhmədov bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.


YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb.


O, bu baxımdan, partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə YAP icra katibinin müavinləri – Milli Məclisin deputatı Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm