Pekin və Moskva “qaz müharibəsində” ABŞ-a qarşı: Azərbaycan qazı dominantlığını qoruyur
Bizi izləyin

Nida.az

Pekin və Moskva “qaz müharibəsində” ABŞ-a qarşı: Azərbaycan qazı dominantlığını qoruyur

ABŞ-ın məşhur “Foreign Affairs” nəşri Rusiya və Çinin dənizlərdə birgə güc formalaşdırması haqda yazıb.


Mayın 21-də Rusiya və Çinin Aralıq dənizində keçirdiyi birgə təlimlərinin başa çatdığını qeyd edən nəşr Moskva və Pekinin dənizə çıxış uğrunda mübarizələrini son günlər səngimək bilməyən “qaz müharibələri” ilə də əlaqələndirir.


“Tərəflər dəniz təlimlərini qarşılıqlı manevr imkanlarının yaxşılaşdırılması kimi təqdim edirlər. Lakin Moskva və Pekinin Aralıq dənizində peyda olmasının arxasında mühüm siyasi səbəblər var. Artıq bir neçə ildir Moskva və Pekin Asiyada ikitərəfli və çoxtərəfli təlimlər keçirir, Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri – Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan da onlara qoşulur. Lakin Rusiya və Çinin dəniz təlimi ilk dəfə idi. Təlimlər “Dənizdə qarşılıqlı təsir - 2015” adlanırdı. Rusiyanın kontr-admiralı Viktor Koçemazovun sözlərinə görə, Rusiya-Çin hərbi donanmalarının birgə təlimi anti-diversiya, gəmi əleyhinə və hava hücumuna qarşı müdafiəni təşkil etmək məqsədi daşıyır. Hər iki tərəfin açıqlamalarına görə, Aralıq dənizində təlimlər qeyri-ənənəvi təhdid riskinə qarşıdır”, - deyə nəşr yazır.


“Foreign Affairs” bu təlimlərin arxasında bir çox səbəbləri araşdırır və paralel olaraq, “qaz müharibələri” ilə əlaqələndirir: “Rusiya dövlət neft şirkəti “Qazprom” Ukraynadan yan keçərək Türkiyə və Yunanıstana çıxacaq yeni qaz kəməri tikməyə ümid edir. 2014-cü ilin dekabrında Vladimir Putin “Cənub axını”ndan imtina etdiyini açıqladı və “Türk axını” layihəsini elan etdi. Avropa Birliyinin lideri isə Rusiyanın Avropa qaz bazarında hökmranlığına qarşıdır. “Türk axını” layihəsi Afina üçün cəlbedici olsa da, ABŞ Yunanıstanı alternativ qaz layihəsini dəstəkləməyə razı salır. Hansı ki, Azərbaycan qazı Adriatik dənizinin dibi ilə çəkilmiş boru kəməri üzrə Türkiyə, Yunanıstan, Albaniya üzrə hərəkət edəcək. Rusiyanın Çinlə dənizdə hərbi təlimi də məhz bu layihəyə qarşıdır. Putin Çinlə birləşərək Qərbə böyük güc olduğunu xatırlatmaq istəyir. Avropa üçün Çin əhəmiyyətli ölkədir. Ticarət sahəsində Amerikadan sonra Avropa Birliyinin ikinci əsas partnyoru Çindir. Hərbi təlimlərdən sonra Moskva və Pekin bunun üçüncü dövlətə qarşı olmadığını bəyan edirlər. lakin Ukraynadan sonra yaşanan böhran, “qaz müharibələri” fonunda bu olduqca diqqət çəkir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm