Vəhhabilərlə qapalı görüş keçirildi - Özəl
Bizi izləyin

Nida.az

Vəhhabilərlə qapalı görüş keçirildi - Özəl

Vəhhabilərlə qapalı görüş keçirildi - Özəl


Xaçmaz rayonunda sələfilərlə qapalı görüş keçirilib. Rayondakı özəl mənbənin Publika.Az -a verdiyi məlumata görə, görüş Xaçmazda fəaliyyət göstərən Şimal regionu üzrə İnsan Hüquqlarının Monitorinq Mərkəzində keçirilib. Görüşün məqsədi bölgədəki dini durum, Suriyaya gedən azərbaycanlılar və sələfilərin ibadət yerləri problemi ilə bağlı məsələlərin müzakirə olub.

Sələfilər mərkəzdən ibadət etmək üçün şəraitin yaradılmasında onlara kömək etmələrini xahiş ediblər.

Mənbə bildirib ki, sələfilərin daha çox getdiyi Xaçmaz Mərkəzi Məscidi bağlanıb. Onlara ibadət etmək üçün Qobuqıraqlı kənd məscidi verilib.Lakin ora ibadət üçün yararsızdır və hazırda məsciddə təmir işləri gedir. Bununla yanaşı, rayonun şiə icmasına da ibadət üçün Qaraqurdlu kənd məscidi verilib.

Mənbə bildirib ki, görüş haqqında ictimaiyyətə məlumatın verilməməsi qərara alınıb. Həmçinin, görüşlər yenə davam edəcəyi deyilir.

Məsələ ilə bağlı mərkəzin rəhbəri Müqəddəs Mehtiyev isə açıqlamasında bununla bağlı danışmaqdan imtina edib. O bildirib ki, lazım olsa mətbuata geniş açıqlama veriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm