ABŞ səfiri Cəmil Həsənli ilə görüşünü təsdiqlədi
Bizi izləyin

Nida.az

ABŞ səfiri Cəmil Həsənli ilə görüşünü təsdiqlədi

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mayın 26-sı Demokratik Qüvvələrin Milli Şurasının Sədri Cəmil Həsənli ilə görüşü barədə yayılan məlumatlara münasibət bildirib.

ABŞ səfirliyindən Publika.az-a daxil olan məlumata görə, səfir sözügedən görüşün olduğunu təsdiq edib: “ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mayın 26-sı Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli ilə görüşüb. Bu görüşdən öncə səfir R.Sekuta Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da daxil olmaqla Partiyanın bir neçə yüksək səviyyəli nümayəndəsi və həmçinin Azərbaycan Respublikası Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirərək, onların fikirlərini dinləyib. Bu kimi görüşlər səfir R.Sekutanın Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq arzusunun bir hissəsidir. ABŞ Səfirliyi Azərbaycanda hər hansısa partiyanı nə təlimatlandırır, nə də partiyaları maliyyələşdirir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm