Rasim Musabəyov: “Moskva və Bakının “qaz müharibəsində” üz-üzə gəlməsi...”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Moskva və Bakının “qaz müharibəsində” üz-üzə gəlməsi...”

“Son günlər yaşanan qaz müharibəsi dividentlər gətirmir”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov son günlər Rusiya KİV-də Cənub Qaz Dəhlizi layihəsinin vaxtında başa çatmasına dair şübhəli məlumatların yayılmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Rusiya qaz sənayesi prezidenti Millerin Azərbaycan qazına qarşı çıxışlara qoşulması “ağır artilleriya”nın işə düşməsi deməkdir: “Miller TAP layihəsini şübhə altına almağa çalışır. Görünür, Miller Azərbaycan Prezidenti İlham Əliyevin mayın 27-də Respublika Günü münasibətilə keçirilən tədbirdə çıxışı ilə tanış olmayıb. Dövlət başçısı açıq şəkildə bildirdi ki, problem yaranacaqsa, Azərbaycan qazı Türkiyə bazarına ixrac olunacaq. Yəni Azərbaycanın heç bir narahatlığı yoxdur”.


R. Musabəyov qeyd edib ki, Yunanıstanın solçu hökumətinin Moskvanın oyunlarında yer aldığı sirr deyil.


“Bu baxımdan, Azərbaycan qazı Türkiyə bazarında Rusiya qazı ilə sərt rəqabətə girəcək. Lakin bütün hallarda Azərbaycan qazının sərfəli olduğu məlumdur. Misal üçün, ötən il Rusiyanın Türkiyəyə satdığı qazın qiyməti 417 dollar idi. Azərbaycan isə qazın min kubmetrini 341 dolara satır. Xatırladaq ki, vaxtilə Qərbin ən böyük layihəsi olan “Nabucco”dan Bakının imtina etməsinin səbəblərindən biri də Rusiya ilə toqquşmamaq idi. Daha sonra Moskva “Türk axını” layihəsini irəli sürdü və Azərbaycan qazı ilə rəqabətə girdi. Lakin Moskva və Bakının “qaz müharibəsində” qarşı-qarşıya gəlməsi heç bir tərəfə sərf etmir. Bunun baş verəcəyi təqdirdə hər iki tərəf itirəcək”, - deyə politoloq bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm