• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müsavatın yeni başqanı Qubad İbadoğlu olacaq

  • Nida.az
  • 5 Mart 2014 18:31
  • 780 Baxış
Müsavatın yeni başqanı Qubad İbadoğlu olacaq

İsa Qəmbər gənclərlə keçirdiyi gizlin görüşdə Qubad İbadoğlunu dəstəkləyəcəyini bəyan etdi

Müsavatda qurultay öncəsi gərginlik artır. Avropa.info-nun əldə etdiyi məlumata görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqanlıq uğrunda mübarizədə hələ ki liderlik edir.

Bölgələrdə uğurlu görüşlər keçirən A. Hacılıya qarşı duran ən mütəşəkkil partiyadaxili qrupun rəhbəri Divan üzvü, keçmiş siyasi məhbus Tural Abbaslının tərəfdarları heç bir halda onun namizədliyini dəstəkləməyəcəklərini açıq şəkildə bəyan ediblər.

T. Abbaslı qurultayda öz namizədliyini irəli sürəcəyini bildirir. Onun tərfdarları İsa Qəmbərlə görüşdə bildiriblər ki, əgər A. Hacılı partiyanın yeni başqanı seçilərsə, onlar partiyadan gedəcəklər.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Müsavat başqanı ilə gənclərin gizlin görüşündə kompromis variant kimi, Qubad İbadoğlunun namizədliyinin dəstəklənməsi məsələsi müzakirə edilib. Son günlərə qədər A. Hacılını açıq şəkildə müdafiə edən İ. Qəmbər gənclərin təkidləri nəticəsində geri çəkilməli olub və Q. İbadoğlunun namizədliyini müdafiə edəcəyini bildirib.

Başqanın bu qərarından narazı qalan A. Hacılı isə başqan seçilməyəcəyi təqdirdə, öz tərəfdarları ilə birlikdə partiyadan gedəcəyini açıqlayıb. Maraqlıdır ki, Q. İbadoğlunun tərəfdarları yalnız Müsavat daxilində deyil, eyni zamanda digər müxalifət partiyalaırnda mövcuddur. Məsələn, AXCP A. Hacılının namizədliyinə qarşı sərt təpki göstərir və Q. İbadoğunun namizədliyinə daha isti yanaşır.

Son günlərə qədər tərəddüd edən Q. İbadoğlu özü isə müəyyən danışıqlardan sonra başqanlıq uğrunda mübarizəyə açıq şəkildə qoşulub.

Avropa.info-ya daxi olan məlumata görə, Müsavtda qarabağlıların yeni lideri statusunu qazanan Q. İbadoğlunu Prezident Admistrasiyasında da himayə edirlər.

Məlumatlara görə, Müsavat qurultayında əsas mübarizə Arif Hacılı-Tural Abbaslı – Qubad İbadoğlu arasında gedəcək. T.Abbaslı ikinci turda öz namizədliyini Q. İbadoğlunun xeyrinə geri götürəcək və beləliklə, partiyanın yeni başqanı Q. İbadoğlu seçiləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR