Jirinovski turistləri Azərbaycana çağırdı: "Peşman olmazsınız"
Bizi izləyin

Nida.az

Jirinovski turistləri Azərbaycana çağırdı: "Peşman olmazsınız"

“Keçmiş Sovet İttifaqı ölkələri arasında sürətli inkişafına görə Azərbaycan ən yaxşı ölkədir. Yaxşı olar ki, turistlər bunu nəzərə alsınlar. Çünki gəzib-görmək üçün Azərbaycanı seçən turistlər sonradan heç də peşman olmayacaq”.

Publika.az-ın məlumatına görə, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş “dəyirmi masada” çıxışı zamanı bildirib.

Bu yaxınlarda Azərbaycanda səfərdə olduğunu diqqətə çatdıran V.Jirinovski burada gördüklərindən son dərəcə məmnun qaldığını söyləyib. O deyib ki, Azərbaycanda yüksək səviyyədə istirahət üçün bütün şərait var: “Azərbaycan tarixən bizə yaxın ölkə olub, biz ortaq dildə danışa və bir-birimizlə çox rahat ünsiyyət saxlaya bilirik. Bundan əlavə, Azərbaycan heç zaman Rusiyanı çətin vəziyyətdə qoymayıb. Hazırda dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Ümumiyyətlə, post-sovet məkanında ən çox tanınan və dünyagörüşlü olan ölkə rəhbəri Azərbaycan prezidentidir”.

Qeyd edək ki, sözügedən tədbirdə Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun rəhbəri Arif Rəhimzadə və Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm