Nida.az
Əli Kərimlinin 800 manatlıq eynəyi... – SÖZARDI
Mayın 30-da Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinqdə diqqət çəkən bir sıra məqamlar oldu. Bu məqamlardan biri də AXCP sədri Əli Kərimlinin çıxdığı tribunanın kölgəlikdə olmasına baxmayaraq, mitinqin yarısına qədər gözündən çıxarmadığı günəş eynəyi idi.
Publika.az Əli Kərimlinin kifayət qədər diqqət cəlb edən eynəyinin
markası və qiyməti haqda qısa araşdırma aparıb.
Əldə etdiyimiz məlumata görə, AXCP sədrinin günəş eynəyi məşhur
“Emporio Armani” markasındandır və bu mövsümdə alıb.
Bu haqda bizə danışan mənbə bildirib ki, ötən yay mövsümündə AXCP
sədrinin eynəyi “Esprit” markasından olub.
Paytaxtın məşhur optik mağazalarında apardığımız sorğuya görə,
“Emporio Armani” bu mövsüm ən çox üstünlük verilən marakalardandır.
Keyfiyyəti ilə seçilən bu eynək markasının qiyməti də bahadır. Belə
ki, “Emporio Armani” markalı eynəyin qiyməti 350 manatdan 800 manat
arası dəyişir.
“Eynək gözdə allergik xəstəliklər yaratmır, möhkəm və xüsusi
materialdan hazırlanıb. Bu adda saxta eynəklər hazırlanıb qara
bazarda 5-10 manata satılsa da, ona baxanda bizim mallarla olan
fərqi aydın görünür”, - deyə adının açıqlamaq istəmədiyimiz optik
mağazalardan birinin xanım əməkdaşı bizimlə söhbətində
bildirir.
Söz arası, “Esprit” markalı eynəklərin də qiymətini soruşuruq.
Xanım əməkdaşın dediyinə görə, bu eynəklər 200-500 manat
civarındadır.
Təbii ki, AXCP sədrinin hansı markadan və hansı formalı eynəyi
taxmağı ayrı məsələdir. Bir siyasətçi üçün bəzən eynək xarizma
əlaməti də hesab olunur. Lakin AXCP-dən son istefalar və ortaya
çıxan faktlar fonunda Ə. Kərimlinin 800 manata qədər (bəlkə də çox)
eynək taxması düşündürücüdür.
Bu fonda bir neçə ay öncə partiyadan uzaqlaşdırılan Razi
Nurullayevin bir açıqlaması yada düşür: “AXCP üzvləri
marşruta verməyə 20 qəpik belə tapmırlar”.
Ötən həftə məhz Əli Kərimlinin fikirlərini bölüşmədiyinə görə,
AXCP-dən çıxarılan Ağaşirin Tanrıverdioğlu “Yeni Müsavat”a
müsahibəsində maraqlı məqamlara toxunub.
“Bunları xalq yox, özləri maraqlandırır. Əksər partiya
üzvləri 50 manat tapmır ki, evinə bazarlıq etsin, heç yerdən gəliri
olmayan Fuad Qəhrəmanlı villada oturur. 20-30 minlik maşında gəzir.
Məmməd İbrahim heç yerdə işləmir, 3 fərari oğlu ilə 500 manatlıq
kirayədə qalır. Hardan alırsız bu pulları?!” - deyə o,
müsahibəsində qeyd edib.
Sıravi cəbhəçilərin durumu fonunda liderin bir eynəyə 1000 manata
qədər pul xərcləməsi diqqət çəkir...
Asif Nərimanlı
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər