Türkiyə səfiri seçicilərlə görüşdü – FOTO
Bizi izləyin

Nida.az

Türkiyə səfiri seçicilərlə görüşdü – FOTO

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 7-də qardaş ölkədə keçiriləcək parlament seçkilərinə səsvermə prosesində iştirak ediblər.

Publika.az-ın məlumatına görə, səsvermədən razı qaldığını vurğulayan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun səs vermiş şəxslərdən bir qrupu ilə xatirə fotosu da çəkdirib: “Vətəndaşlarımız Azərbaycanda səs verdilər. Hər birimizə xeyirli olsun!”

Xatırladaq ki, Türkiyədə 2015-ci il parlament seçkilərinə bir həftə qalmış, ölkə xaricində səsvermə prosesləri start götürüb.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs vermək üçün səfirlik və konsulluqlardakı məntəqələrə gəliblər.

Azərbaycanda səsvermə prosesi Bakıdan əlavə Gəncə və Naxçıvandakı konsulluqlarda davam edib.

Seçkidə Azərbaycanda yaşayan 6500-dən çox türk vətəndaşı iştirak edib.

Türkiyə xaricində vətəndaşların səsvermə prosesi iyunun 7-dək davam edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm