Nida.az
“İsa Qəmbər və Arif Hacılı Yaqublu ailəsinə hörmətsizlik etdi” - İTTİHAM
Müsavat Partiyası Suraxanı rayon təşkilatının keçmiş üzvü, ADR hərəkatının üzvü Əli Qasımbəyli İsa Qəmbər və Arif Hacılının Yaqublu ailəsinə hörmətsizlik etdiyini iddia edib.
Publika.az xəbər verir ki, Ə. Qasımbəyli Tofiq Yaqublunun mərhum
qızı Nigar Yaqublunun 40 mərasimində iştirak etdiyini, bəzi
simaların necə riyakar olduğunu gördüyünü bildirib: “Hazırda məhbus
olan Tofiq bəy İsa bəyin müavini olub. Əgər doğrudan da Tofiq bəyə
və onun qızı Nərgizə hörməti var idisə, mübarək olan toy şənliyini
iki-üç gün sonra da edə bilərdi. Doğrudur, xeyirlə şər qardaşdır.
Lakin hörmət də yaxşı şeydir. Bu gün orda İsa bəyin qəmli olduğunu
gördüm. Əslində sizin məqamdan istifadə edən, gözə kül üfürən
siyasətçi olduğunuzu gördüm”.
ADR üzvü daha sonra Müsavat başqanı Arif Hacılının özünü yalandan
kədərli göstərdiyini bildirib.
“Arif Hacılı riyakarlığını nümayiş etdi. Nərgiz Yaqublu dünyasını
dəyişmişdi. Həmin ərəfədə Mehdi Şirəli oğlu İlqar Şirəliyə toy
etdi. Arif Hacılı o toyda yasa görə cəmi bir neçə dəqiqə oturdu.
Amma Mehdi və İlqar bəylərin reytinqi İsa Qəmbər kimi olsaydı, o
toyda oturar və yeyib-içərdi. Dünən İsa Qəmbərin oğlu Turqut bəyin
toyunda Arif Hacılı yeyib-içdi, üstəlik oynadı da”, - deyə Ə.
Qasımbəyli qeyd edib.
Qeyd edək ki, dünən Müsavat Partiyasının keçmiş başqanı İsa
Qəmbərin kiçik oğlu Turqut Qəmbərin toy mərasimi keçirilib.
Asif Nərimanlı
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye