İlham Əliyev İtaliya Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

İtaliya Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə İtaliya arasında möhkəm dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim sülh və firavanlıq diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm