• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Arif Rəhimzadə: “Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi böyük inamın göstəricisidir”

  • Nida.az
  • 2 İyun 2015 11:12
  • 264 Baxış
Arif Rəhimzadə: “Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi böyük inamın göstəricisidir”

“Azərbaycan dünyada ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edir. Bundan böyük uğur ola bilməz”.

Bu sözləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun rəhbəri Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanın dünyada nüfuzunu daha da artıracaq. A.Rəhimzadə deyib ki, Avropa Oyunlarına ilk ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə olan böyük inamın göstəricisidir: “Azərbaycanın bu siyasəti və davranışı yüksək qiymətləndirilir. Onun nəticəsidir ki, indi Azərbaycanda böyük inkişaf, sabitlik və xalqla iqtidar arasında birlik var. Bütün bunlar isə Avropanı tam qane edir ki, bu idman tədbiri Azərbaycanda keçirilsin. Avropada Azərbaycan qədər inkişaf etmiş ölkələr var. Ancaq Azərbaycanın seçilməsi o deməkdir ki, bu gün ölkəmizə beynəlxalq münasibət çox yaxşıdır. Həm də bu deməkdir ki, Azərbaycanın dünyada nüfuzu artıb”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR